Abdominoplastika Emelyatının müddəti müdaxilənin həcmindən və çətinliyindən asılı olaraq 45 dəqiqədən 2,5 saata qədər çəkə bilər, təbii ki, bu da deri gərilməsinin qiymətinə təsir edəcəkdir ki, bunu da ilk məsləhətləşmə seansında razılaşdırmaq mümkündür. Stasionar şöbədə neçə gün qalmaq məsləhətdir? Əməliyyat gününün gecəsi artıq xəstələr qalxa və qida qəbul edə bilərlər. Stasionar şöbədə qalma müddəti 1-2 gün arasında dəyişir. Bu müddət ərzində sizin bütün dərmanlı təyinatlarınız yerinə yetiriləcəkdir (venadaxili infuziya müalicəsi, ağrıkəsicilər, profilaktik antibakterial müalicə).