Qarının abdominoplastikası çox ciddi və kifayət qədər uzun davam edən cərrahi müdaxilə növü olduğundan, səhhətinizlə bağlı yaranabiləcək hər hansı bir problemin qarşısını ala bilmək üçün tam kurs şəklində əməliyyat öncəsi yoxlanışlardan keçmək mütləqdir.
Mövcud olan xroniki xəstəliklər, öncədən aparılmış əməliyyatlar, hər hansı dərmana qarşı olan əks göstəriş (hər hansı dərman preparatına qarşı allergiya halı), zərərli vərdişlər barədə həkimi zamanında məlumatlandırmaq lazımdır. Siqaret çəkən xəstələrin deri gerilmesi emeliyyatının sonrakı dövrünün yaxşı keçirilməsinə və yaraların tez sağalmasına xüsusi diqqət yetirməsi vacibdir. Əməliyyata iki həftə qalmış və əməliyyatdan sonra bir ay müddətinə siqaretdən imtina etmək lazımdır. Qarın plastikası emeliyyatına hazırlanmaq üçün növbəti yoxlanışlardan keçmək lazımdır: qanın ümumi kaoquloqram analizi, qanın biokimyəvi analizi (ümumi bilirubin və onun fraksiyaları, AsAT, AlAT, qələvi fosfataza, ümumi protein, amilaza, karbamid, kreatin, kalium, natrium ), qanda qlükoza, qan qrupu ve rezus- faktoru, QİÇS üçün qanın analizi, qanın RW (sifilis) üçün analizi, qanda B və C tipli hepatit virus markerlərinin olub-olmamasının analizi (HBS-Ag, HCV-Ag), sidiyin ümumi analizi.
Elektrokardioqramma (EKQ), həmçinin müəyyən olunmuş müalicə növünə qarşı əks göstərişlərin olub-olmaması barədə həkimlə məsləhətləşmə. Döş qəfəsi orqanlarının rentgen yoxlanışı (flyuoroqrafiya), (bir il müddətinə keçərlidir). Aşağı ətrafın venaları ilə bağlı problemlər olduğunda (varikoz xəstəliyi, öncədən yaşanmış digər xəstəliklər) vacibdir: aşağı ətrafların ultrasəs müayinəsi, damar cərrahı ilə konsultasiya. Əməliyyatöncəsi yoxlanışların labaratoriya məlumatları və EKQ iki həftə müddətinə keçərlidir. Mini abdominoplastika və ya tam abdominoplastika emeliyyatına iki həftə qalmış tərkibində asetilsalisil turşusu olan dərmanların qəbulu qadağandır.
Əməliyyatdan öncə iki gün ərzində məqsədli şəkildə “su pəhrizinə” keçmək lazımdır. Əməliyyatdan öncəki gecə və əməliyyat səhəri təmizləyici klizma etdirmək mütləqdir. Əməliyyatdan öncəki gecə saat 18.00-dan gec olmayaraq yüngül şam etmək olar. Əməliyyat səhəri isə yemək və ya içmək qadağandır.