ABDOMENOPLASTİKA
Abdomenoplastika — artıq dəri və yağ toxumalarını aradan qaldırmaq məqsədilə həyata keçirilən qarının korreksiyası prosedurudur.Bu əməliyyat bizə ən çox müraciət edilən beş əməliyyat arasındadır və yorucu məşqlər ilə məşğul olmağa və nəticəni uzun müddət gözləməyə vaxtı olmayan qadın və kişilərin piylənmə problemini həll edir. Abdomenoplastika — artıq dəri və yağ toxumalarını aradan qaldırmaqla qarının xarici görünüşünü yaxşılaşdırır.
ABDOMENOPLASTİKA EMELİYYATI NECƏ APARILIR
Qarının xarici görünüşünün yaxşılaşdırılması əməliyyatı 2 formada icra oluna bilər- mini abdomenoplastika və klassik abdomenoplastika.
Qasıq sümüyündən (pubis) qarına doğru çarpaz yarıq açılır. Cərrah göbək nahiyəsində kiçik yarıq açır. Artıq dəri və piy çıxarılır. Əməliyyatdan sonra kəsik nahiyəsinə metal ştapel qoyula və ya gizli tikişlə tikilə bilər. Sonda sarğı qoyulur. Mini əməliyyat zamanı cərrahiyyə bu qədər maştablı deyil. Qasıq sümüyü (pubis) üzərində yarıq kiçikdir, göbəyə isə müdaxilə edilmir. Bu cür prosedurun davametmə müddəti 1-2 saatdır.
DR MEHRİBAN MƏLİKOVA
055 643 46 46
050 643 46 46
Medika Hospital