Abdominoplastika – daha doğrusu, qarın gərmə əməliyyatı, qarın divarından artıq yağ və dərinin çıxarılması ilə bir növ gəncləşdirmə əməliyyatıdır. Əməliyyatın əsas məqsədi qarnın boşalmış, artıq piy qatı və şişkin formasının ləğv edərək, yenidən bel ölçülərini incəltməkdir.
Abdominaplastikanın klassik, mini və Marriage abdominoplastika kimi növləri vardır.
Klassik abdominoplastika qarın divarında artıq miqdarda depolanmış piy və qeyri-estetik dəri vəziyyətlərində icra olunur. Mini abdominaplastika əsasən qarın divarında orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında sallanmalar zamanı icra olunur. Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi, əsasən qarın divarındakı orta miqdarda toplanmış piyi və qarnın aşağı yarısındakı sallanmalar zamanı bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.
Əgər xəstə gələcəkdə ana olmağı düşünürsə, bu zaman abdominaplastika üçün bir qədər gözləməlidir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura) hamiləlik dövründə mütləq itəcəkdir.
Əməliyyata gedən hər bir pasiyent bunu bilməlidir ki, abdomenoplastika piylənməni müalicə etmir, qarını gərmək və ideal forma vermək üçündür.
Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahiblənir və cərrahi müdaxilədən sonra ilk bir ay xəstə daimi karset geyinməli, sonrakı dörd ay isə ondan fasilələrlə istifadə etməlidir.