Liposaksiya – yağ sovurma əməliyyatıdır. Xəstə ilk növbədə, əməliyyatdan sonrakı nəticənin tək estetik tərəfini deyil, orqanizmə xeyirli tərəfini düşünməli və estetik cərraha müraciət etməlidir. Yağsovurma əməliyyatı ilə diet və idmanla əldə edəcəyiniz formanı bir tutmaq olmaz. Bunların tibbi baxımdam hə birinin öz yeri var.

liposaksiyaEstetik cərrah yağsovurma ilə yanaşı sizə yağ toxumasının kəsilərək çıxarıldığı əməliyyat növünü – abdominaplastikanı da məsləhət görə bilər.

Liposaksiya texnikası ilə xəstədən (onun özəlliklərini nəzərə almaq şərtilə) 5-6 litr yağ almaq mümkündür. Sovurulan yağın miqdarı hər xəstənin özünəxas göstəricisidir.

liposaksiyaOrqanizmdən aşırı yağın sovrulması bəzi problemlərin ortaya çıxması ilə nəticələnə bilər. Yağın alınma əhatəsinə görə əməliyyat 45 dəqiqədən 3-4 saata qədər davam edə bilər. Liposaksiyadan sonra geyinnilən korseti bir ay çıxarmaq olmaz. Orta hesabla bir aydan sonra arzuladığınız dəqiq görüntü ala bilərsiz.

liposaksiyaYağ sovurulan hissələrdəki dəridə sellülit effektini yoxa çıxarmaq üçün düzləşdirici vasitələrdən istifadə etmək lazımdır. Əməliyyatdan bir ay sonra dəri altında bəzi sərtliklər meydana gələ bbilər ki, bu sizi qorxutmasın. Onlar altı aya qədər sovrulub keçir.