Qol estetikası

Yaş həddi, müntəzəm çəki alıb-vermə qolun arxa və iç qismində sallanmalara, çatlara səbəb ola bilər. Sallanmalarla birgə yağ toxumasının miqdarı xəstənin fizioloji göstəricilərinə uyğun dəyişir.

qol estetikasiBuna görə qol estetikasında hər bir pasiyent fərdi dəyərəndirilir. Qol estetikası xüsusilə liposuction əməliyyatı ilə birlikdə aparıldıqda gözəl nəticə verir.

Əməliyyatdan sonra yara izləri adətən qolun iç qismində və qolun atında qalır. Bu nayihələr kənardan baxıldıqda görünmür. Dərinin “keyfiyyəti”ndən asılı olaraq, sallanma da azdırsa, depolanan yağı sadəcə liposuction ilə həll etmək mümkündür.

qol estetikasiƏməliyyat bir çox hallarda ümumi keyləşdirmə ilə aparılır. Daha sonra yağ və sallanmış dəri götürülür. Kəsik yeri iki təbəqədə tikilir və qol yumşaq tənziflə bürünür. Xəstələr 4-5 gündən sonra tam aktivlik göstərə bilir, tikişlər isə 10 günə sağalır. Qol estetikasından sonra təxminən 1 aya yaxın korset geyilməlidir.

qol estetikasiKorset hem şişin qarşısını alır, həm də dərinin altında qalan toxumanın rahat sağalmasını təmin edir. Əməliyyatın izi isə 1 aydan etibarən solmağa başlayır, 1 ilə isə tamamilə yoxa çıxır.