- Mammoplastika – süd vəzilərinin böyütmək və ya kiçiltmək üçün tətbiq olunan əməliyyat növüdür. Süd vəzilərinin ölçüsü hansı hallarda dəyişməyə ehtiyac var?
- Süd vəzisinin ölçüsü olduqca kiçikdirsə;
- Süd vəzilərinin ölçüsü simmetrik olaraq təktərəfli deyilsə;
- Süd vəzisi xərçəngindən sonra vəzilərin formasında deffekt varsa.
Mammoplastika sizin özünüzə güvəninizi artıracaq, görüntünüzü daha da gözəlləşdirəcək. Amma bəzən əməliyyatdan sonra istənilən nəticəyə varmaq olmur. Buna görə də cərrahi müdaxilədən əvvəl cərrahınızla ətraflı danışıb nə istədiyinizi ona bildiməlisiniz. Bu tip əməliyyatlar daha çox iki vəzi arasındakı fərqi dəf etmək və xərçəngdən sonra məməni formalaşdırmaq üçün edilir. Bunun üçün həkimlər ya qalıcı ya da şişirdilən protezlərdən istifadə edirlər. Başqa bir halda isə xəstənin öz yağından hazırlanan hüceyrə köklərini və müxtəlif qarışımları tətbiq etməklə nəticəni əldə edirlər.
Müasir dövrdə populyar olan yağ ilə mammoplastika orqanizminə yad maddə qoymaq istəməyən xəstələr üçün mükəmməl çıxış yoludur.
Mammoplastikada istifaə olunan bütün növ implantların xarici təbəqəsi silikondan ibarətdir. Bəzi protezlərin içində gel, bəzilərinin içində isə salin adlanan duzlu su vardır. Hər iki silikonların bötüvlüyü pozularsa, ətraf toxumlara sızır və dəyişdirilməsi vacibdir. Silikonun orqanizmdə qalma müddəti 25 ildir.
Bir çox hallarda təbbi olaraq ölçüsü böyük olan süd vəziləri qadınlarda diskomfort hissi yaşadır. Bəzən isə hamiləlikən sonra artıb azalan çəki də süd vəzilərində forma dəyişkənliyinə səbəb olur. Sadaladığımız hər iki hal heç də gözəl görünmür. Bədən ölçüsünə uyğun olmayan süd vəziləri çox cvaxt kürək ağrılarına da səbəb olur. Vəzi kiçiltmə əməliyyatlarında onu arzuolunan vəziyyətə gətirmək üçün toxuma və dəri çıxarıldığı halda məmə ucuna toxunulmur. Bu tip əməliyyatların əsas məqsədi məmələri bədənin ölçülərinə uyğun formaya salmaqdır. Hər iki tip əməliyyatdan sonra məmələrdə mimiki izlər qalır. Bu izlər zaman keçdikcə ağ cizgi ilə əvəz olunur.