Qulaq plastikası
Qulaq plastikasında ən çox edilən əməliyyatlar şəppə qulaq və qulaq kiçiltmə əməliyyatlarıdır. Digər qulaq estetikası isə sırğa üçün qulaq deşdirmədir.
Şəppə qulaqlar qulaq qıvrımlarının natamam inkişafı nəticəsində çox önə çıxması ilə meydana gəlir və genetikdir. Estetik cərrəhıar bu tip xoşagəlməz görüntünü 5-6 yaşdan sonra aradan qaldıra bilir. Kiçik uşaqlarda cərrahi müdaxilə ümumi keyləşdirmə ilə aparılır. Əməliyyat adətən 1 saata qədər uzanır. Əməliyyatdan sonra həkim müşahisədi ilə ağrıkəsicilər yazılır. Sarğılar açılandan sonra isə 2-3 həftə ərzində saç bantından istifadə olunur. Xəstə əməliyyat günü evə yazıla bilər. Ümumilikdə şəppə qulaqlıq lap körpə vaxtlarında aşkarlanarsa elə bantlar vasitəsilə problemi aradan qaldırmaq mümkündür.
Əməliyyat adətən qulağın arxa hissəsində və qığırdaqda aparılır. Beləcə heç bir tikiş izi görünmür. Cərrahi müdaxilədən dərhal sonra qulaq mökhəm sarğı ilə sarılır. Sarğılar açıldıqdan sonra 2-3 həftəyə qədər çox sıx omayan saç bantlarından istifadə olunur.
Bir həftəyə qədər yara yerində şişkinlik və qızartı ola bilər. Yaranın tikildiyi cərrahi saplar isə çürüyüb yoxa çıxır. Ümumilikdə qulağın sağalma müddəti 2 həftədir.