Ginekomastiya – kişilərdə süd vəzisi böyüməsi bir çox səbəblərdən meydana çıxa bilər. Spirtli içkilər, bəzi antidepressiv həblərin qəbulu, əzələ şişirdən həblərin qəbulu və s.həmin faktorlar sırasına daxildir.
Bəzən isə ginekomastiya gizli xəstəliklərin başlanğıcı ola bilər. Hormonal pozğunluq, testesteron azlığı, böyrəküstü vəzin xərçəngi, qaraciyər və ağciyər xərçəngi, qaraciyər serrozu, artıq çəki və s.həmin xəstəliklər sırasına daxildir. Yəni bu sindrom aşkarlanan xəstə ilk növbədə, hərtərəfli müayinə olunmalıdır. Müalicə üçün müraciət edən xəstə qrupunun 18-25 yaş kateqoriyasında xətərlik öz-özünə sovrulub gedir.
Kişilərdə məmə böyüməsinin kökünü araşdırdıqdan sonra ciddi problem aşkarlanmayıbsa, estetik müdaxilə xəstənin istəyindən asılı olaraq mütləqdir. Bundan başqa yeniyetməlik dövründə vəzilərdə ağrı varsa, bunun 90 %-i estetik səbəblərdən irəli gəlir. Ən çox da artıq çəkili kişilər də bu tip problemlərlə üzləşə bilirlər. Fəqət, nizamsız və düzgün olmayan dieta da adıçəkilən xəstəliyə səbəb ola bilər.
Ginekomastiyada tək çıxış yolu cərrahi müdaxilədir. Müalicədə ən yaxşı nəticəni səs dalğalarının köməyilə həyata keçirilən liposaksiya əməliyyatları verir. Bu sistemdə dalğalar damar və toxumalara zərər vermədən yağı seçir və onu parçalayır. Xəstə əməliyyatdan dərhal sonra evə yazılır və sosial həyatına qayıdır.
Əməliyyatdan sonra məmələrin təkrar böyümə riski demək olar ki, azdır. Amma artıq çəki nəticəsində az miqdarda böyümə ola bilər.