Çənə əməliyyatı
Ortoqnatik cərrahiyə el arasında çənə əməliyyatı kimi tanınır. Xəstənin probleminə uyğun olaraq, alt və üst çənə eyni anda və ya yalnız biri əməliyyat oluna bilər.
Alt çənə əməliyyatı 1.5-3 saat çəkir və ilk həftə çox ağrılı keçir. Bir ay sonra isə müəyyən düzəlmə müşahidə olunur, yalnız 6 aydan sonra əməliyyatln nəticəsi özünü birzuə verir. Tam sağalma isə tam bir ilə qədər uzanır.
Alt çənə əməliyyatı 18 yaşından tez olmayaraq aparılır. Cərrahi müdaxilədən öncə mütləq ortodontik müalicə tətbiq olunur. Bu müalicə üsulu ilə dişlərin şəkil dəyişmələri qaydasına salınır.
Alt çənə əməliyyatı steril şərtlər nəzərə alınmaqla, ümumi keyləşdirmə üsulu ilə həyata keçirilir. Ortodontik müalicə müddətində dişlərə taxılan tellər çıxarılmadan əməliyyata başlanılır. Alt çənə normasından kiçik və ya geridirsə çənə sümüyü kəsilərək önə doğru çəkilir və aradakı boşluğa sümük toxuması yerləşdirilir. Əməliyyatdan sonra qida qəbulu ilə bağlı heç bir problem yaşanmır. Meydana çıxan şişkinlik isə bir həftəyə sovrulur.
Üst çənə əməliyyatları
- üst çənə alt çənə ilə nisbətdə öndədirsə
- üst çənə alt çənəyə görə geridədirsə
- üst çənə sağ və ya sol yandadırsa
- üst çənədə inkişaf pozğunluğu varsa
- alt çənə ilə üst mğçənədəki dişlər bir-birinə təmas etmirsə
- üzdə assimetriya varsa və s. hallarda aparılır. Üst çənə əməliyyatından sonra xəstənin üz görüntüsü tamam dəyişir, tələffüzdəki qüsurlar aradan qalxır.