Blefaroplastika

Göz qapaqlarında  zamanla yaranan qırışıqlıq, torbalanma, sallanma, və şişkinlik yaşlı görünməyimizə səbəb olmaqla yanaşı bizi narahat edir.

blefaroplastikaGöz qapaqları xaricdən daxilə doğru dəri, əzələ və yağ təbəqəsində ibarətdir. Genetik faktorlar, yaş və günəş şüası göz qapağınının elastikliyinə ciddi təsir edir. Dərinin altındakı əzələ təbəqəsi sallanmağa başlayır. Əgər bu arada qaşlarda da sallanma varsa, dəri deffekti dərhal gözə çarpır.

Blefaroplastika əməliyyatı nəticəsində göz qapağı dərisindəki artıq hissə kəsilir, əzələ təbəqəsi gərilir, yağ torbaları isə ya xarici olunur,  ya da yeri dəyiştirilir. Amma göz ətrafındakı dərin və mimiki qırışları bu tip əməliyyat aradan qaldırmır. Bunun üçün əlavə müdaxilə lazımdır.

blefaroplastikaAdətən blefaroplastika əməliyyatları 30 yaşdan yuxarı deformasiyaya uğramış insanlarda aparılır. Xəstə əməliyyatdan hələ 10 gün əvvəl qanın həddən artıq durulmasının qarşısını almaq üçün aspirin, e vitamini, bəzi ağrıkəsicilərin və ya bitki əsaslı dərmanların qəbulunu dayandırmalıdır. Yüksək təzyiq də müşahidə altına alınmalıdır. Əməliyyat texnikası cərrahın təcrübəsindən asılı olaraq dəyişir. Əməliyyatdan sonra kəsiklər tikişlərlə tamamlanır. Xüsusi olaraq, alt göz qapağı əməliyyatları özəl təcrübəli texnika tələb edir. Çünki alt göz qapaqlarında daha sonrakı illərdə  sallanmalar müşahidə edilə bilər. Belə ki, əzələlər lazımi şəkildə sıxılmazsa, problemlər ortaya çıxa bilər.

blefaroplastikaƏməliyyatdan sonra göz qapaqlarında şişkinlik və qaralma ola bilər. Kəsiyi qapayan tikişlər 3-5 gün ərzində əriyir. Bir həftə sonra linazalardan belə istifadə etmək olar. İlk həftələr əməliyyatın izləri bilinsə də, aylar sonra heç bir iz görünmür.