Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Babasil – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir.
Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir. Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır. Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar #mehribanmelikova
Геморрой – одно из наиболее распространенных заболеваний, оно представляет собой патологическое изменение нижних части слизистой оболочки толстого кишечника, в следствие чего образуются венозные узлы в нижней части кишечного прохода. Причинами геморроя становятся чаще всего постоянные запоры, из-за них происходит постепенное опущение венозных узлов. На начальной стадии усложняется акт дефекации, появляется зуд и дискомфорт в анальном проходе. В последствии появляется основной признак геморроя – кровотечение. В этой стадии бывает уже невозможным обратное прохождение узлов вовнутрь, что в итоге приводит к тромбозу геммороидальных узлов. При этом возникают сильные боли в прямой кишке. Если вовремя не обратиться к врачу, то придется прибегать к хирургическому вмешательству.