Skip to content
SAĞLAMLIĞINIZ, ƏN DƏYƏRLİ SƏRVƏTİNİZDİR !
facebook
youtube
instagram
Abdomeno.az
TELEFON 055 643 46 46
Email info@abdomeno.az
ÜNVAN S. Hüseyn 10
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • Əməlİyyatlar
    • ABDOMENOPLASTİKA
    • DİGƏR PLASTİK ƏMƏLİYYATLAR
      • MAMMOPLASTİKA
      • AYAQ PLASTİKASI
      • LİPOSAKSİYA
      • GİNEKOMASTİYA
      • GENİTAL ESTETİKA
      • POPOPLASTİKA
      • QOL ESTETİKASI
      • QULAQ PLASTİKASI
      • BLEFAROPLASTİKA
      • ÇƏNƏ ƏMƏLİYYATI
  • Xəstəlİklər
  • PASİYENTLƏR
  • FOTO
  • VİDEO
  • ƏLAQƏ

Abdominoplastika nedir?

Ana Səhifə > Abdominal cərrahiyyə > Abdominoplastika nedir?

Abdominoplastika nedir?

Paylaşım tarixi Avqust 7, 2017Oktyabr 14, 2017
0

QARIN PLASTİKASI NEDİR? (Abdominoplastika nedir?)

Qüsursuz qarın – bəziləri üçün bu məqsədə nail ola bilməkdə başlıca maneə bədəninin qanunauyğun xüsusiyyətləridir. Bəzən – bu ya piy artıqlarına ya da çəki dəyişməsinə görə mümkün olmur. Və əksər hallarda hamiləlik və doğuş ön qarın divarının xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilir. Bir qayda olaraq, onun nəzərəçarpacaq dərəcədə dəyişikliyə uğraması halında nə yorucu pəhrizlər, nə də saatlarla davam edən idman məşğələləri vəziyyətə əhəmiyyətli dərəcədə təsir etmir.

abdominoplastika nedir

Bütün bu hallarda qarın plastikası (abdominoplastika) məsələnin həllində yeganə çıxış yolu sayılır. Həkim Bakovun həm abdominoplastikada, həm də ümümi cerrahiyyədəki ümumi təcrübəsi ön qarın divarı və onunla əlaqədar yaranan bütün kompleks problemləri həll etməyə imkan yaradır: yırtıqların düzelişi (həmçinin tor implantların tətbiqi ilə), öncədən aparılmış əməliyyatdan sonra qalan çapıqlar, qarının düz əzələ kənarlarının fərqliliyi, göbəyin plastikası, qarının gerilmesi və s. Ən müasir az zədəli tibbi texnologiyalardan, son nəsil tikiş ləvazimatlarından və ən qabaqcıl avadanlıqlardan istifadə bu sahədə arzuolunan ən yüksək estetik tələblərə cavab verəcək nəticəni əldə etməyi təmin edir.

abdominoplastika nedir

Kimə, hansı məqsəd ilə abdominoplastika tətbiq oluna bilər? Abdominoplastika, mini abdominoplastikada olduğu kimi, 18 yaşına çatmış, ön qarın divarının düzəlişinə heç bir əks göstərişi olmayan həm qadın, həm də kişilərdə aparıla bilər. Ön qarın divarının düzəlişində bir neçə seçənəklər mövcuddur ki, bunlar nəzərdə tutulduğunda abdominoplastika onların aradan qaldırılmasında ən təsirli üsul sayılır.

Ön qarın divarının nəzərəçarpan piy qalıqları olmadan dərinin sallanması. Belə hallar ən çox nəzərəçarpan və sürətli çəki itirilməsi zamanı qeydə alınır. Dəri sallanması ilə müşayiət olunan doğum sonrası gərilmələr. Bu zaman tez-tez əzələ- aponeyrotik qatın öngərilməsi, qarının düz əzələ kənarlarının fərqlənməsi qeydə alınır. Onu da qeyd etmək lazımdır ki, doğum sonrası qarın plastikası ən çox yerinə yetirilən müdaxilə növüdür. Aşağıya doğru sürüşən dəri-piy önlüyünün mövcudluğu.

abdominoplastika nedir

Öncədən aparılan əməliyyatlardan sonra yuxarıda qeyd olunmuş çapıqlı dəyişikliklər və ön qarın divarının yırtıqları.

Əks göstərişlər: qan laxtalanmasının pozulması, şəkərli diabet, yoluxucu xəstəliklər, ürək-damar və nəfəs yolları xəstəlikləri və ya dekompensasiyalar

Paylaş
Share on Facebook Share
Share on TwitterTweet
Share on Google Plus Share
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Tags: abdominoplastika, Abdominoplastika-nedir?, göbəyin-plastikası, mini-abdominoplastika, qarın-plastikası, qarının-gerilmesi, yırtıqların-düzelişi

KATEQORİYALAR

  • Abdominal cərrahiyyə (6)
  • Abdominoplastika nedir? (1)
  • Abdominoplastika qiymeti (1)
  • Əməliyyatlar (3)
  • Xəstəliklər (3)

BİZİ İZLƏYİN

DİGƏR SAYTLARIMIZ

WWW.DRMEHRİBAN.AZ
WWW.VAGİNAPLASTİKA.AZ

İSTİFADƏÇİ SAYI

© Abdomeno.az | Saytların hazırlanması | Saytlar.az
Free WordPress Themes