Kəskin bağırsaq keçməzliyi
Kəskin bağırsaq keçməzliyi çox ağır və təhlükəli xəstəlikdır.Bu patologiya kişilərdə qadınlara nisbətən 1-2 dəfə çox rast gəlinir. Kəskin bağırsaq keçməzliyi törənmə xüsusiyyəinə görə 2 böyük grupa bölünür. 1. Mexaniki keçilməzlik 2. Dinamiki keçilməzlik Mexaniki keçməzlik ( 88% ) Bağırsaq mənfəzinin hər hansı bir törəmə ilə tutulması nəticəsində,bağırsaq ilgəklərinin öz oxu ətrafında burulması,düyün əmələ gəlməsi,yırtıq qapılarında boğulması nəticəsində baş verir
Dinamik keçməzlik ( 12% ) Adətən, bağırsaqların spazması,ya da atoniyası nəticəsində törənir.
Kəskin bağırsaq keçməzliyinin əsas əlametləri : Qarında ağrı,qusma,nəcis və qaz ifrazının pozulmasıdır.
Xəstələr adətən narahat görünür.Temperatur qalxır,nəbzi 120 qədər tezləşir.
Kəskin mexaniki bağırsaq keçməzliyi əməliyyata göstərişdir.Əməliyyat yalnız dinamik keçməzlikdə aparılmır.