Qol germe emeliyyati – çiyin və dirsək nahiyəsi arasındakı qol derisinin gerilmesi (liftinqi) əməliyyatıdır.
Əməliyyat necə aparılır
Əməliyyat ümumi anesteziya altında aparılır və orta hesabla 1-2 saat davam edir. Əməliyyat zamanı cərrah dirsəkdən çiyin nahiyəsinə kimi yarıq açır. Bu yolla deri sallanması aradan qaldırılır.
Braxioplastika (Qol germe emeliyyati) zamanı yarıq bir neçə yolla açılır – bu barədə plastik cerrah sizi məlumatlandıracaq, birlikdə müvafiq variant seçiləcək. Ən çox tətbiq edilən kəsik formalarından biri– T formalı “Balıq quyruğu” adlandırılan forma əl dərisi həddindən artıq boşalan pasiyentlər üçün uyğundur. Əməliyyatdan sonra çapıq izinin daha az nəzərə çarpması üçün S hərfi formalı yarıq da açıla bilər. Kəsik əlin daxili səthindən açılır və zamanla itir. Həmçinin xüsusi kosmetik tikişdən istifadə edilir. Həmçinin əlavə olaraq lazer hamarlanması da tətbiq oluna bilər- bu yolla çapıqlar daha az nəzərə çarpır.