Tam abdominoplastika ön qarın divarının nəzərəçarpan dəyişiklikləri, böyük dəri və dərialtı piy artıqları (dəri-piy önlüyündə) zamanı nəzərdə tutulmuşdur. Bu halda qarına daha estetik görünüş verə bilmək üçün vacib olan ön qarın divarının üst qatlarının gərilməsinə daha geniş dəri məsamələrini və dərialtı toxumaları aradan qaldırmaqla nail olmaq mümkündür. Bu zaman göbəyin yerdəyişməsinə ehtiyyac olur. Tam abdominoplastikada əməliyyat sonrası tikiş mini abdominoplastikadan fərqli olaraq önəmli dərəcədə daha uzadılmış olur. Uzunluğu nə qədər çox olarsa, bir o qədər də daha artıq toxuma artıqlarını aradan qaldırmaq lazım olur. Onlar həmçinin “bikini nahiyyəsində” də yerləşmiş olurlar.
Əgər aradan qaldırılacaq dəri hissələri göbəkdən yuxarı hissədə yerləşirsə, o zaman əməliyyatsonrası tikiş onun dövrəsi boyunca qoyulur (1). Əgər bu hissə aşağı nahiyyədə yerləşirsə, o zaman dairəvi tikiş şaquli bölmə ilə tamamlanır (2). Bəzən, dəri-piy önlüyünün həddindən artıq gərilməsi və ya daha öncədən aparılmış əməliyyatlardan sonra çapıqların olması halında tikiş əlavə olaraq şaquli istiqamətdə də ola bilər. Demək olar ki həmişə, tam abdominoplastikanın aparılması zamanı onun gərilməsinin qarşısını ala bilmək üçün aponeyrotik qatın əlavə möhkəmləndirilməsinə də ehtiyyac olur.